[b]“Qarabağ” rekorda şərik oldu[/b]
27.07.2016 - 11:18
[b]“Qarabağ” rekorda şərik oldu[/b]

“Qarabağ” Çempionlar Liqasındakı məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümün III təsnifat mərhələsinin “Seltik”lə cavab oyununda qolsuz heç-heçə edən ağdamlılar cari mövsüm daha 3 qarşılaşmada uduzmayıb.

 

Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsində “Düdelanj” (2:0, 1:1), növbəti raundda isə “Viktoriya” ilə qarşılaşmada (0:0) seriyanı davam etdirib. Bununla da Ağdam təmsilçisi Azərbaycan klublarının qitənin ən nüfuzlu klub turnirindəki rekordunu təkrarlayıb. Çempionumuz sonuncu dəfə Şotlandiyada “Seltik”ə uduzmuşdu – 0:1.

 

İndiyədək bu turnirdə yalnız “Bakı” ardıcıl 4 qarşılaşmada uduzmamışdı. 2006-cı ildə turnirə “Sioni” üzərində 1:0 hesablı qələbə ilə vida edən paytaxt təmsilçisi 2009-cu ildə “Ekranas” (2:2, 4:2) və “Levski” ilə (0:0) matçlarda seriyanı 4-ə çatdırmışdı. Gürcüstanda “Sioni”, Bolqarıstanda “Levski”dən 2 cavabsız qol buraxan bakılılar bu iki yenilgi arasında 4 dəfə uduzmamışdı.

0