[b]“Barselona”nın təklifini qəbul etmədi, PSJ-yə keçir[/b]
27.07.2016 - 14:15
[b]“Barselona”nın təklifini qəbul etmədi, PSJ-yə keçir[/b]

“Barselona”nın danışıq apardığı futbolçu Karlos Bakka bu təklifi geri çevirib. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı hücumçu “Barsa”ya keçmək istəmir.

 

Belə ki, Bakka Kataloniya klubunda ehtiyat hücumçu funksiyasını yerinə yetirmək fikrində deyil. Bu səbəbdən o, xidmətində maraqlı olan digər klub – PSJ-yə keçməyi düşünür. Bakka vaxtilə “Sevilya”da birgə işlədiyi Unai Emeri ilə yenidən çalışmaq arzusundadı.

 

Qeyd edək ki, Kolumbiya yığmasının da formasını geyinən Bakka 2015-ci ildən “Milan”ın futbolçusudu. 

0