[b]İquain seçimini etdi[/b]
28.07.2016 - 09:35
[b]İquain seçimini etdi[/b]

Argentina yığmasının hücumçusu Qonsalo İquainin “Yuventus”da hansı nömrəli formanı geyinəcəyi bəlli olub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu seçimini edib.

 

O, “Yuve”də 9 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, “qoca sinyora” ilə 5 illik müqavilə imzalayan İquain karyerası ərzində “River Pleyt”, “Real” (Madrid) və “Napoli” klublarının da şərəfini qoruyub.

 

0