[b]Ederdən “Qəbələ”yə müjdə[/b]
28.07.2016 - 14:45
[b]Ederdən “Qəbələ”yə müjdə[/b]

“Lill”in hücumçusu Ederin Avropa Liqasının (AL) III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” ilə matçda iştirak edib-etməyəcəyinə aydınlıq gəlib. Apasport.az football.ua saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu gün keçiriləcək görüşdə meydana çıxmayacaq.

 

Belə ki, Ederin adı oyunun iştirak ərizəsinə daxil edilməyib. Təcrübəli forvardın zədəli olub-olmaması haqda məlumat yoxdu.

 

Portuqaliya yığmasının heyətində AÇ-2016-da çempion adını qazanan Eder istirahətini erkən başa vuraraq, “Lill”in düşərgəsinə təyin olunan vaxtdan 1 həftə tez qayıtmışdı. Onun “Qəbələ” ilə görüşdə meydana çıxmaq şansı yüksək dəyərləndirilirdi. Lakin proqnozlar özünü doğrultmayıb. Baş məşqçi Frederik Antonetti Azərbaycan təmsilçisi ilə qarşılaşmada Ederə ehtiyac duymayıb.

 

AÇ-2016-nın final görüşündə qol vuraraq, ölkəsinə çempionluq qazandıran Ederin “qırmızı-qaralar”la 1 həftə sonra Bakıda keçiriləcək cavab matçında da iştirakı sual altındadı.

 

Qeyd edək ki, bu gün Fransada keçiriləcək “Lill” – “Qəbələ” matçı Bakı vaxtı ilə 21:00-da başlanacaq. 

0