Azərbaycan ilk “onluq”da
28.07.2016 - 15:29
Azərbaycan ilk “onluq”da

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra cari mövsümün əmsallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, klubları ümumilikdə 2,000 xal toplayan Azərbaycan 10-cu pillədə qərarlaşıb.

 

Ölkəmiz eyni xala malik Xorvatiya və Şotlandiyanı əlavə göstəricilərdə qabaqlayır. Hesabımızdakı 2 xalın 0,750-sini “Qəbələ”, 0,500-nü “Qarabağ” toplayıb. “Neftçi” və “Kəpəz”in qazancı 0,375-di.

 

Siyahıya isə Belarus başçılıq edir. Onların hesabında 2,625 xal var. Eyni göstəriciyə malik Danimarka 2-cidi. İlk “üçlüy”ü isə Lixtenşteyn qapayır – 2,500.

0