[b]“Lill”in yeni transferinə “yaşıl işıq”[/b]
28.07.2016 - 18:18
[b]“Lill”in yeni transferinə “yaşıl işıq”[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Lill” yeni transferi Yunus Sankareni sifariş edib. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “qırmızı-qaralar”a qarşı oynaya biləcək.

 

Belə ki, “Lill” rəhbərliyi seneqallının adını "Qəbələ" ilə matçların sifariş ərizəsinə daxil edib. 


Qeyd edək ki, “Qəbələ”nin “Lill” ilə ilk görüşü bu gün Fransada, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək. 

0