[b]Lyorente “Sevilya”dan ayrıla bilər [/b]
28.07.2016 - 19:03
[b]Lyorente “Sevilya”dan ayrıla bilər [/b]

İspaniyalı hücumçu Fernando Lyorente “Sevilya”nı tərk edə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı forvard “Suonsi”nin maraq dairəsinə düşüb.  

 

Uelslilər qarşı tərəfə rəsmi təklif göndəriblər. Transfer “Suonsi”yə 7 milyon avroya başa gələ bilər.

 

Qeyd edək ki, əvvəllər “Atletik” və “Yuventus” klublarının da formasını geyinmiş Lyorente ötən ildən “Sevilya”nın uğurları üçün çalışır. O, hazırkı komandasının heyətində 31 oyunda 7 qola imza atıb.  

0