[b]“Bu mərhələni mütləq adlamalıyıq” – “Lill”in futbolçusu[/b]
29.07.2016 - 00:56
[b]“Bu mərhələni mütləq adlamalıyıq” – “Lill”in futbolçusu[/b]

“Qəbələ” ilə oyunda bütün qüvvəmizi meydanda qoyduq ki, qalib gələk. Matçın belə başa çatması isə bizi çox üzür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Lill” klubunun futbolçusu Erik Bautok deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin “Qəbələ” ilə evdə keçirilən ilk oyunu haqda fikirlərini açıqlayan futbolçu 1:1 hesabından narazılığını bildirib: “Lakin nəzərə almalıyıq ki, futbolçularımızın bir çoxu avrokuboklarda debüt edirdi. Həm də bu oyun mövsümün ilk matçı idi. Bütün bunlar həyəcana səbəb olmuşdu. Nəticədə qarşılaşmanı pis başlayıb, qol buraxdıq. Düzdü, bərabərlik topunu vura bildik. Lakin daha çox vurmamağımıza üzülürəm. Cavab oyununa ümidlə yollanmalıyıq. Çünki bu mərhələni mütləq adlamalıyıq”.

0