[b]Rio-2016: Olqa İsmayılova mübarizəni dayandırdı - YENİLƏNİB[/b]
13.08.2016 - 17:54
[b]Rio-2016: Olqa İsmayılova mübarizəni dayandırdı - YENİLƏNİB[/b]

Bu gün Rio Olimpiadasında daha bir idmançımız mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, qadın velosipedçimiz Olqa İsmayılova keyrin növündə çıxışını başa vurub.

 

Ümumilikdə 27 atletin mübarizə apardığı birinci mərhələdə 4-cü qrupda yarışan İsmayılova 4-cü yeri tutub. Təmsilçimiz 11,696 saniyə nəticə göstərib.

 

Bu nəticə idmançımıza təsəlliverici yürüşə vəsiqə qazandırıb. Bu mərhələdə 1-ci yürüşdə iştirak edən Olqa 11,442 saniyə nəticə ilə 4 velosipedçi arasında sonuncu olub və növbəti raunda yüksələ bilməyib.

 

Qeyd edək ki, İsmayılova keyrində çıxışını başa vursa da, sprint yarışında da sürətini yoxlayacaq.

0