[b]Rio-2016: Olqa İsmayılova Olimpiada ilə vidalaşdı - YENİLƏNİB[/b]
15.08.2016 - 01:58
[b]Rio-2016: Olqa İsmayılova Olimpiada ilə vidalaşdı - YENİLƏNİB[/b]

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında velosiped idmanı üzrə yarışlar davam edir. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Olqa İsmayılova sprinter növündə mübarizəyə start verib.

 

Ötən gün keyrin növündə yarışan və uğursuz çıxış edən velosipedçimiz ikinci cəhdini edib.  

 

Yarışa təsnifat mərhələsindən başlayan xanım idmançımız 27 atletin mübarizəsində 1/16 finala yüksəlmək üçün mübarizə aparıb. 11.152 saniyə nəticə göstərən Olqa artıq növbəti mərhələyə yüksəlməyi təmin edib. O, ümumi sıralamada 18-ci olub.

 

Xanım atletimizin bu mərhələdəki rəqibi Böyük Britaniya təmsilçisi Rebekka Ceyms olub. 10.721 saniyə nəticə ilə təsnifat mərhələsini birinci yerdə tamamlamaqla həm də yeni Olimpiada rekorduna imza atan rəqibi qarşısında idmançımız məğlubiyyətlə barışmalı olub. Velosipedçimiz ikili mübarizəni 11.377 saniyə ilə başa vuran rəqibindən 0.165 saniyə geri qalıb.

 

O, gücünü təsəlli yürüşlərində sınayıb. Təmsilçimiz hollandiyalı Lurin Van Rissen və avstraliyalı Anna Meareslə yarışda ikinci olub və mübarizəni dayandırıb.

 

Hər biri 3 nəfərdən təşkil olunan 3 qrupdan ibarət təsəlli yürüşlərində hər qrupun qalibi 1/8 finala yüksəlib.

0