[b]“Alov qüllələri”ndən Şahmat Olimpiadasına dəstək - FOTOSESSİYA[/b]
14.08.2016 - 14:05
[b]“Alov qüllələri”ndən Şahmat Olimpiadasına dəstək - FOTOSESSİYA[/b]

Bakının ən möhtəşəm binalarından sayılan “Alov qüllələri” 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək olur. Apasport.az saytının məlumatına görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır.

 

Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.

Xatırladaq ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.

0