[b]Rio-2016: Nazim Babayev 25-ci yeri tutdu[/b] - [b]YENİLƏNİB[/b]
15.08.2016 - 18:45
[b]Rio-2016: Nazim Babayev 25-ci yeri tutdu[/b] - [b]YENİLƏNİB[/b]

Rio-2016-da atletika yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu növ üzrə Azərbaycan yığmasının heyətində çəkicatan Anna Skidanın ardınca yeganə həmyerlimiz Nazim Babayev start xəttinə çıxıb.

 

Üçtəkanla tullanma yarışına qatılan 19 yaşlı Avropa çempionumuz A qrupunda yer alıb. Bu növ üzrə mübarizə aparan Olimpiya yığmamızın ən gənc üzvü start xəttinə 22-ci çıxıb. 16,38 metr nəticə göstərən idmançımız öz qrupunda 13-cü olub. 

 

Ümumilikdə isə 48 atlet arasında 25-ci yeri tutan atletimiz finala yüksələ bilməyib və yarışla vidalaşıb. Həlledici mərhələdə isə ən yaxşı nəticə göstərən ilk 12 atlet mübarizə aparacaq.

 

Qeyd edək ki, Skidan Olimpiadanı 13-cü pillədə başa vurub. Qarşıdakı günlərdə isə Evans Kiplaqatla (marafon) Hayle İbrahimov (5000 m) da nəyə qadir olduğunu nümayiş etdirəcək.

 

0