[b]Rio-2016: Atletimizin rəqibindən dünya rekordu[/b]
16.08.2016 - 09:21
[b]Rio-2016: Atletimizin rəqibindən dünya rekordu[/b]

Rio-2016-da daha bir dünya rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, atletikanın çəkicatma yarışlarında qadınların mübarizəsi tarixi nəticə ilə əlamətdar olub.

 

Dünya rekorduna Olimpiya çempionu adını qazanan polşalı Anita Vlodarçik imza atıb. O, çəkici 82,29 m məsafəyə atmağı bacarıb.

 

Üçüncü cəhdində buna nail olan polşalı atlet özünün dünya rekordunu yeniləyib. Belə ki, bunadək də dünya rekordu Anitaya məxsus idi. Polşalı 2015-ci il avqustun 1-də 81,08 m nəticə göstərmişdi. Həmin göstəricini 1,21 m üstələyən Vlodarçik ardıcıl 4-cü, ümumilikdə 6-cı dəfə dünya rekordunu yeniləyib.

 

Qeyd edək ki, qadınların çəkicatna yarışlarında Azərbaycan idmançısı Anna Skidan da çıxış edib. Lakin təmsilçimiz mübarizəni təsnifat mərhələsində dayandırdığından həlledici raundda iştirak etməyib.

0