[b]“Medalın əyarının fərqi yoxdu” - İnna Osipenko-Radomskaya[/b]
16.08.2016 - 17:23
[b]“Medalın əyarının fərqi yoxdu” - İnna Osipenko-Radomskaya[/b]

Azərbaycan olimpiya yığmasının kayakçısı İnna Osipenko-Radomskayanın apasport.az saytına müsahibəsi

 

- Rio-2016-da bürünc medal qazandız. Hansı hissləri keçirisiz?

- Ən yüksək hissləri keçirirəm. Bu Olimpiadadı. Çox məsuliyyətli yarışdı. Bütün həyatı boyu bu startlara hazırlaşırıq. Emosiyalarımı ifadə etmək çətindi. Bu 40 saniyə çox dəyərlidi. Bunun üçün çox çalışmışıq, milyonlarla kilometr qət etmişik, qan-tər axıtmışıq. Zədələr, əziyyət də öz yerində. Bu üzdən də artıq start xəttində dayanmağın özü də nailiyyətdi. Finişə çatmaq və medal qazanmaq isə ən yaxşı təəssüratdı.

 

- Nəticənizdən tam razısızmı?

- Nəticəmdən çox razıyam. Hələ qarşıda 500 m məsafəyə yürüş də var. Mənim üçün 200 m məsafədə də yaxşı nəticə oldu. Çünki bu yarış çox sürətlidi. Startla finiş arasında məsafə qısa olduğundan yarış zamanı hər şeyi ölçüb-bişmək olmur. Müəyyən mənada bəxtin də təsiri olur. Bu yarışda medalın əyarının fərqi yoxdu. 1-ci, 2-ci ya 3-cü olursan, əsas fəxri kürsüdə yer almaqdı. Hamımız qalibik. Çünki bu olimpiadaya düşmüşük. Milyonlarla insan idmanla məşğul olur və çoxları bu zirvə sayılan yarışa qatıla bilmir. Kürsüyə qalxmaq isə sadəcə unudulmazdı.

 

- Qarşıda sizi 500 m məsafəyə mübarizə gözləyir. Bu çıxışdan nə gözləyirsiz?

- Bilmirəm. Hər şey Allahın əlindədi. Mən üzərimdə çalışmaqda davam edəcəm. Start xəttinə çıxacam və finişə qədər mübarizə aparacam. Orada necə olacağı isə qismətdən asılıdı.

 

- Azərbaycanda da bu idman növü ilə məşğul olanlara hansı tövsiyələri verərdiz?

- Təslim olmamaq. Həmişə mübarizə aparmaq və öz üzərində çalışmaq. Bizim əməyimiz həmişə bəhrəsini verir. Sonadək dözüb, ruhdan düşməməyi tövsiyə edirəm. Bunlara əməl etsələr hər şey yaxşı olacaq.

 

Səmayə MƏMMƏDOVA

AGİN. Riodan

0