[b]Rio-2016: Hayle İbrahimov da mübarizəni dayandırdı - YENİLƏNİB[/b]
17.08.2016 - 17:47
[b]Rio-2016: Hayle İbrahimov da mübarizəni dayandırdı - YENİLƏNİB[/b]

Rio-2016-da atletika yarışları davam edir. Apasport.az saytının məlumatına görə, yarışın XII günündə Azərbaycan yığmasının daha bir atleti start xəttinə çıxıb.

 

Milliləşdirilmiş legionerimiz Hayle İbrahimov 5000 m məsafəyə qaçışda sürətini yoxlayıb. Təmsilçimiz I yürüşdə mübarizəyə qoşulub və finiş xəttini 7-ci keçib. O, bu məsafəni 13 dəqiqə 27,11 saniyəyə qət edib.

 

5000 m məsafəyə qaçışda ümumilikdə 50 atlet qüvvəsini sınayıb və idmançımız yekun nəticədə 19-cu yeri tutub. Bu isə onun finala yüksəlməsi üçün kifayət etməyib.

 

Qeyd edək ki, ondan öncə mübarizə aparan atletlərimizdən Anna Skidan (çəkicatma) 13-cü, Nazim Babayev (üçtəkanla tullanma) 25-ci pillədə başa vurub. Qarşıdakı günlərdə isə Evans Kiplaqat (marafon) da nəyə qadir olduğunu nümayiş etdirəcək.

 

0