[b]Rio-2016: Final öncəsi o qədər içdi ki...[/b]
18.08.2016 - 14:00
[b]Rio-2016: Final öncəsi o qədər içdi ki...[/b]

Rio-2016 Yay Olimpiya Oyunlarında atletikanın hündürlüyə tullanma növündə Almaniyanı təmsil edən Martina Ştruts gözlənilməz vəziyyətlə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, məşhur idmançı finala vəsiqə qazanmağı “yumaq” istəyərkən iflic olmaq təhlükəsi yaşayıb.

 

Belə ki, Ştrunts təsnifat mərhələsini uğurla keçincə Olimpiya kəndində qurulan “alman evi”ndə bu uğurunu spirtli içki ilə qeyd etmək fikrinə düşüb. Vəziyyəti görən yığma komandanın məşqçisi Elberdinq ona yalnız su içməyi məsləhət görüb.

 

Cavabında “su nəyimə lazımdı? Çoxlu yatıb dincələrəm”, - deyən Ştruts Braziliyanın ən məşhur içkisi olan “Caiprinha”nı içməkdə davam edib. O, alkoqolun təsirindən ayaq üstdə dayana bilməyib və almaniyalı avarçəkən Marsel Hakerin qucağına düşüb. Nəticədə Ştruts bir müddət hərəkətsiz vəziyyətdə qalıb. İflic olmaqdan qurtulan idmançı xeyli vaxt keçdikdən sonra əsanın və avarçəkənlərin köməyi ilə otağına gedib.

 

Qeyd edək ki, hündürlüyə tullanma növündə final sabah baş tutacaq.

0