[b]Rio-2016: Boltdan 8-ci qızıl, Quliyev sonuncu oldu[/b]
19.08.2016 - 09:14
[b]Rio-2016: Boltdan 8-ci qızıl, Quliyev sonuncu oldu[/b]

Rio-2016-nın atletika yarışlarında 200 m məsafəyə qaçışda qaliblər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, final mərhələsində iştirak edən 8 atlet mükafatların sahiblərini müəyyənləşdirib.

 

Məsafəni 19,78 saniyəyə qət edən Useyn Bolt 8-ci dəfə Olimpiya çempionu olub. Bu məsafədə ardıcıl 3-cü Olimpiadadı rəqib tanımayan yamaykalı Rio-2016-da 2-ci dəfə ölkəsinin himnini səsləndirib.

 

Kanadalı Andre de Qraas 20,02 saniyə nəticə ilə 2-ci olub. Bürünc medal isə fransalı Kristof Lematra nəsib olub – 20,12.

 

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev isə finalda sonuncu yeri tutub. Olimpiadanın 8-cisi olan həmyerlimiz 20,43 saniyə nəticə göstərib.

0