[b]Rio-2016: Qadın güləşçilərimiz Olimpiadanı 6-cı yerdə başa vurdu [/b]
19.08.2016 - 11:36
[b]Rio-2016: Qadın güləşçilərimiz Olimpiadanı 6-cı yerdə başa vurdu [/b]

Rio-2016-da qadın güləşi üzrə yarışlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2 gün ərzində davam edən mübarizədə 6 dəst medalın sahibi müəyyənləşib.

 

Ümumilikdə oynanılan 24 mükafatın 2-si Azərbaycan idmançılarına nəsib olub. Mariya Stadnik 48 kq çəki dərəcəsində gümüş medal qazanıbsa, Natalya Sinişin 53 kq çəkidə 3-cü olub. İki medal qazanan milli komandamız 3 idmançı ilə qatıldığı bu növdə Rio-2016-da 6-cı yerə sahib olub.

 

Qadın güləşinin aşkar lideri Yaponiya isə hamıdan çox medal qazanıb. Yalnız bir çəkidə medalsız qalan asiyalılar 5 finaldan birində uduzublar. Digər iki qızıl isə Kanada və ABŞ-ın hesabındadı. Ümumilikdə isə Rio-2016-nın 24 medalını 13 ölkə təmsilçisi qazanıb.

 

Rio-2016 qadın güləşində medallar

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Yaponiya

4

1

0

5

2-3

Kanada

1

0

0

1

 

ABŞ

1

0

0

1

4

Rusiya

0

2

1

3

5

Qazaxıstan

0

1

2

3

6

Azərbaycan

0

1

1

2

7

Belarus

0

1

0

1

8-9

Çin

0

0

2

2

 

İsveç

0

0

2

2

10-13

Hindistan

0

0

1

1

 

Tunis

0

0

1

1

 

Bolqarıstan

0

0

1

1

 

Polşa

0

0

1

1

 

İki medal qadın güləşi üzrə Azərbaycan millisi ötən Olimpiya Oyunlarındakı nəticəsini təkrarlayıb. 4 il əvvəl Londonda da yığmamız 1 gümüş və 1 bürünc qazanmışdı. Ümumiyyətlə isə Sinişinin əldə etdiyi bürünc idmançılarımızın bu növdə 5-ci medalı olacaq. Bunlardan üçü Stadnikin (2 gümüş və 1 bürünc) hesabındadısa, Sinişin və Yuliya Ratkeviç hərəyə 1 bürünc əldə edib.

 

Qeyd edək ki, qadın güləşi 2004-cü ildən Olimpiadaların proqramına daxil edilib.

 

Azərbaycan qadın güləşi yığması Olimpiadalarda

il

Qızıl

Gümüş

Bürünc

Cəmi

2004

0

0

0

0

2008

0

0

1

1

2012

0

1

1

2

2016

0

1

1

2

 

 

0