[b]Rio-2016: Daha iki güləşçimizin rəqibi bəlli oldu[/b]
19.08.2016 - 21:56
[b]Rio-2016: Daha iki güləşçimizin rəqibi bəlli oldu[/b]

Rio Olimpiadasında sərbəst güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, sabah daha iki dəst medal sahibini tapacaq.

 

Azərbaycan yığmasının iki üzvü də sabah xalça üzərinə çıxacaq.

 

Belə ki, 86 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov turnirə 1/8 finaldan start verəcək. Onun ilk rəqibi çinli idmançı Şenqfenq Bi olacaq.

 

Onun komanda yoldaşı 125 kq çəkidə yarşan Cəmaləddin Məhəmmədov da bu mərhələdən başlayacaq. Cəmaləddin 1/4 finala keçmək üçün ABŞ güləşçisi İvaylov Dlaqnevi yolundan kənarlaşdırmalıdır.

0