[b]“Finalda bundan da yaxşı olacaq” – Lorenzo Sotomayor[/b]
19.08.2016 - 22:25
[b]“Finalda bundan da yaxşı olacaq” – Lorenzo Sotomayor[/b]

“Mən bura gələndə qızıl medal söz vermişdim. Qollarım güclü idi, özüm də hazırlıqlı idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın boks yığmasının üzvü Lorenzo Sotomayor deyib.

 

Rio Olimpiadasında finala qalaraq tarixi nəticəyə imza atan dəri əlcək ustamız yarımfinal oyunundan sonra fikirlərini bölüşüb: “Özümə əmin idim, qalib gələcəyimi bilirdim. Finalda da indiki kimi mübarizə aparacam. Hətta bundan da yaxşı olacaq. Əsas hədəfim qızıl medal qazanmaqdı və özümü buna hazır hiss edirəm”.

 

O, arıdıcıl qələbələrini ürəklə döyüşməsi ilə əlaqələndirib: “Əsas odu ki, insan ürəklə döyüşsün. Belə olanda qalib gəlmək daha da asanlaşır. Azərbaycan artıq mənim evimdir və mən medalı məhz Azərbaycan üçün qazanacam. Finaldakı rəqibimlə bir neçə dəfə qarşılaşmışıq, həmişə də qalib gəlmişəm ona. İnanıram ki, bu dəfə də uğur mənlə olacaq”.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan.

0