[b]Rio-2016: 9 idmançı saxtakarlığa görə həbs edildi[/b]
20.08.2016 - 11:49
[b]Rio-2016: 9 idmançı saxtakarlığa görə həbs edildi[/b]

Braziliya polisi Avstraliya yığmasının idmançılarını həbs edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu ölkənin 9 atleti saxta akkreditasiya düzəltməkdə ittiham edilir.

 

Məsələ burasındadı ki, Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak edən avstraliyalılar yerli basketbol yığmasının yarımfinalda Serbiya ilə matçını tribunadan izləmək fikrinə düşüblər. Bunun üçün isə onlar saxta akkreditasiya düzəldiblər. Yerli polis isə məsələdən agah olub və həmin atletləri bölməyə aparıb. Adları açıqlanmasa da onların avarçəkmə, reqbi və velosiped yarışlarında Avstraliya millisini təmsil etdikləri bildirilib.

 

Qeyd edək ki, basketbol üzrə Avstraliya yığması Serbiyaya 61:87 hesabı ilə məğlub olaraq, finalda ABŞ millisinə rəqib olmaq şansını əldən verib.

 

0