[b]Rio-2016: Rus güləşçiyə çempion olduğu üçün at hədiyyə etdilər[/b]
21.08.2016 - 17:34
[b]Rio-2016: Rus güləşçiyə çempion olduğu üçün at hədiyyə etdilər[/b]

Rio Olimpiadasında sərbəst güləşdə çempion olan rus idmançı Abdulrəşid Sadullayev (86 kq) maraqlı hədiyyə ilə mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, Dağıstan prezidenti Ramazan Abdulatipov həmyerlisinə at hədiyyə edib.

 

Bu barədə Dağısatan dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, möhtəşəm qələbəyə görə, Sadullayevə Axaltəkə cinsi at və bir miqdar pul mükafatı təqdim olunacaq.

 

0