[b]MDB-də 1-ci, Avropada 2-ci, Rioda 4-cü: Taekvondo yığmamız[/b]
22.08.2016 - 10:34
[b]MDB-də 1-ci, Avropada 2-ci, Rioda 4-cü: Taekvondo yığmamız[/b]

Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan teakvondo üzrə Azərbaycan millisi Rio-2016-da ən yaxşılardan olub. Apasport.az saytının məlumatına görə, Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib.

 

Radik İsayev XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın yeganə qızıl medalının sahibi olub. +80 kq çəki dərəcəsində çıxış edən idmançımızın komanda yoldaşları Milad Beiqi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medala seviniblər. Taekvondoçularımızdan yalnız Fəridə Əzizova (67 kq) vətənə mükafatsız dönür. O da bürünc medal uğrunda döyüşdə uduzaraq, mükafatı son anda əldən verib və 5-ci olub.

 

Azərbaycan yığması bu göstərici ilə Rio-2016-nın taekvondo yarışlarında 4-cü pillədə qərarlaşıb. Millimiz yalınız Cənubi Koreya, Çin və Böyük Britaniyadan geri qalıb. Avropada 2-ci olan komandamız postsovet məkanında hamıdan öndə yer alıb.

 

Asiya təmsilçiləri hərəyə 2 qızıl medal əldə edib. Ümumi mükafat sayında qabaqladığımız Çin və eyni sayda medal qazandığımız britaniyalılar yalnız əyarlara görə daha öndədi. Medalların sayına nəzər salsaq, yalnız cənubi koreyalılardan geri qalan millimiz ikinciliyi britaniyalılarla bölür. 8 dəst medalı ümumilikdə 20 ölkə təmsilçisi qazanıb. Onlardan yalnız 6-sı çempionluq sevinci yaşayıb.

 

Qeyd edək ki, taekvondo yarışlarında 63 ölkədən 128 idmançı (64 kişi və 64 qadın) çıxış edib.

 

yer

Ölkə

qızıl

gümüş

bürünc

Cəmi

 1

Cənubi Koreya

2

0

3

5

 2

Çin

2

0

0

2

 3

Böyük Britaniya

1

1

1

3

 4

Azərbaycan

1

0

2

3

 5

Fil Dişi Sahili

1

0

1

2

 6

İordaniya

1

0

0

1

 7-8

İspaniya

0

1

1

2

 

Tailand

0

1

1

2

 9-13

Fransa

0

1

0

1

 

Meksika

0

1

0

1

 

Niger

0

1

0

1

 

Rusiya

0

1

0

1

 

Serbiya

0

1

0

1

 14-20

Braziliya

0

0

1

1

 

Dominikan Respublikası

0

0

1

1

 

Misir

0

0

1

1

 

İran

0

0

1

1

 

Tunis

0

0

1

1

 

Türkiyə

0

0

1

1

 

ABŞ

0

0

1

1

 

0