[b]“Qarabağ”ın braziliyalılarını cəzalandıran rusiyalı[/b]
22.08.2016 - 16:58
[b]“Qarabağ”ın braziliyalılarını cəzalandıran rusiyalı[/b]

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Höteborq” matçının baş hakimi Vladislav Bezborodov Ağdam klubu üçün tanış referi sayılır. Apasport.az saytının məlumatına görə, rusiyalı referili ötən il də eyni mərhələdə Qurban Qurbanovun yetirmələri ilə görüşmüşdü.

 

İsveçrənin “Yanq Boyz” klubu ilə səfər matçında fit çalan şimallı “Qarabağ”ın qələbəsinə şahid olmuşdu – 1:0. Həmin görüşdə şimallı hakim yeganə qolun müəllifi Riçard Almeyda və Reynaldonu sarı vərəqə ilə cəzalandırıb. O, meydan sahiblərinə də 1 sarı vərəqə verib.

 

Bezborodovun Azərbaycan komandaları ilə bunadək də yolları kəsişib. 2011-ci ildə klubların qatıldığı son “Birlik kuboku”nda iştirak edən referi Bakı “İnter”inin “Ventspils”lə (2:0) qrup və Belarus “Şaxtyor”u ilə final (0:0, pen.6:5) görüşlərinin baş hakimi olub.

 

Ümumiyyətlə isə 44 yaşlı FİFA hakimi sabiq futbolçu olması ilə tanınır. Sankt-Peterburq “Zenit”inin sabiq hücumçusu 1991-ci ildə “Neftçi” ilə SSRİ çempionatının Bakıdakı görüşündə də meydana çıxıb. Bu matçdan sonra karyerasını bitirib, oxumaq üçün ABŞ-a yollanan Bezborodov 7 ildən sonra yaşıl meydana dönsə də, 29 yaşında hakimliyə keçməyi məqsədəuyğun sayıb. O, 2009-ci ildə FİFA kateqoriyası da alıb.

 

 

0