[b]“Maribor”un yeni transferi “Qəbələ”yə görə məyusdu[/b]
23.08.2016 - 10:03
[b]“Maribor”un yeni transferi “Qəbələ”yə görə məyusdu[/b]

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Maribor” heyətini gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Sloveniya təmsilçisi sabiq futbolçusu Deyan Mezqanı transfer edib.

 

Kiprin “Apollon” klubundan alınan 31 yaşlı yarımmüdafiəçi köhnə-yeni klubu ilə rəsmi müqaviləyə imza atıb.

 

O, yerli mətbuata açıqlamasında yeni komandasına avrokuboklarda kömək edə bilmədiyi üçün məyus olduğunu söyləyib: “Evimə döndüm. Mən həmişə burda özümü hər yerdən rahat hiss etmişəm. Komandanı çox yaxşı tanıyıram. Həmçinin, baş məşqçi ilə də əvvəllər bir yerdə çalışmışam. Bu üzdən uyğunlaşma problemi yaşamayacam. Yeganə təəssüfləndiyim məqam Avropa Liqasının pley-off mərhələsində “Maribor”a kömək edə bilməyəcəyimdi. Kaş bu keçid erkən reallaşardı, mən də “Qəbələ” ilə matçlarda iştirak edərdim. Səfərdə məğlub olmasına baxmayaraq, komandamın qalib gələrək, qrupa adlayacağına inanıram”.

 

Qeyd edək ki, Deyan Mezqa 2007-2014-cü illərdə “Maribor”un formasını geyinib.

0