[b]Yığmamızın oyunçusu Ukrayna klubu ilə müqavilə bağladı[/b]
23.08.2016 - 10:21
[b]Yığmamızın oyunçusu Ukrayna klubu ilə müqavilə bağladı[/b]

Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 26 yaşlı həmyerlimiz Ukraynanın “Kremen” klubuna transfer olunub.

 

Yeni mövsümdən Ukrayna Superliqasında debüt edəcək Kremençuk təmsilçisi start ərəfəsində Həmzəyevlə 1 illik müqavilə imzalayıb. O, bununla da klubun tarixinə düşüb. Belə ki, tarixi ərzində yalnız yerli basketbolçulara güvənən komanda üçün Amil ilk əcnəbidi.

 

Qeyd edək ki, mövsümlərarası fasilədə heyətini gücləndirən “Kremen” baş məşqçi postunu Boris Saqaya etibar edib. 

0