[b]Yığmamızın rəqibi Bakıya 18 futbolçu ilə gələcək[/b]
23.08.2016 - 11:50
[b]Yığmamızın rəqibi Bakıya 18 futbolçu ilə gələcək[/b]

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Farer adaları yığmasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də Rusiya, 6-da Azərbaycanla qarşılaşacaq ada təmsilçisi bu görüşlərdə 18 futbolçuya güvənəcək.

 

Baş məşqçi Bill Yakobsen qarşıdakı matçlara Danimarka klublarında çıxış edən 3 legioner də dəvət edib: Elias Rasmussen, Leyvur Yoensen, Poul Mikkelsen (hamısı “Fulafyordur”), Hordur Askham,  Andrias Eriksen, Qestur Boqason Dam (hamısı “B36 Torshavn”), Ari Mor Yonsson, Teyt Yacobsen, Niklas Tomsen, Maqnus Eqilsson (hamısı “HB Torshavn”), Hákun Edmundsson (“Vendsissel”, Danimarka), Yonas Qejel Hansen (“Sidvest”, Danimarka), Yakup Vatnhamar Olsen (“Vikinqur”), Yakup Tomsen (“Midtyulland”, Danimarka), Yoannes Byartalid,  Yakup Andreasen (hər ikisi “Klaksvik”), Patrik Yohannesen (“Arqir”), Petur Knudsen (“Runavik”).
 

Qeyd edək ki, Azərbaycan – Farer adaları matçı “Dalğa Arena”da baş tutacaq. 

0