SİZİN REKLAM BURADA

Rio-2016: Azad Rəhimov boks və taekvondoçuların çıxışı haqda...

“Sözsüz ki, biz heç kimi fərqləndirmirik. Çünki hər federasiyanın, hər idmançının böyük əməyini görürük. Yarışlardan sonra idmançılarla görüşəndə, görürük ki, fiziki baxımdan, mənəvi cəhətdən nə qədər böyük qüvvə sərf edir, bütün varlıqlarını yarış meydanında qoyurlar. Bu o deməkdir ki, heç kim biganə qalmır, hər kəs varlığını qələbəyə həsr edir, buna doğru gedir, buna hazırlaşırlar”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan gənclər və idman naziri Azad Rəhimova məxsusdu.

 

Rioda Olimpiya millimizin heyətində idmançıları təmsil olunan federasiyaların işinə qiymət verən Rəhimov 3 medal qazanan taekvondoçularımızın çıxışını xüsusi vurğulayıb: “Qeyd ediləcək məqamlar da var. Cüdonu qeyd etmək olar. Biz Londonda nəticə olacağını çox gözləyirdik, amma olmadı. Bugünkü nəticələr göstərir ki, cüdo əvvəlki düz xəttə qayıdır və inanırıq ki, gələcəkdə nailiyyətlər daha çox və yüksək olacaq. Taekvondoda Azərbaycanın müstəqillik dövründə heç vaxt Olimpiya nailiyyəti olmayıb. Bu, ölkədə ən geniş vüsət almış növlərdəndi. Regionlarımızda seleksiya işləri güclü təşkil olunub. Hər yerdə taekvondo inkişaf edir, məşqçilərin sayı artır. Bilirsiniz, xüsusi mərkəz də inşa olunub, maddi-texniki baza möhkəmlənib. Amma bu vaxta qədər medallar yox idi. Olimpiadada əldə olunan qızıl medal bu növ üçün böyük nailiyyətdi. Belə düşünürük ki, gənclər buna baxaraq, sevinər, həmin zirvələrə yüksəlmək istəyər. Bürünc medalı qazananlara da bu olimpiya çempionu olmaq üçün bir stimuldu, indi daha əzmkarlıqla məşğul ola bilərlər”.

 

Nazir avarçəkmə növündəki inkişafdan da danışıb: “Avarçəkmə növünə də baxa bilərik. Burada əcnəbilər çıxış etsə də, Mingəçevirdəki bazamızda məşq edən yüzlərlə gənc uşaq üçün bu bir örnəkdi. Düşünürük ki, bu qələbələr həqiqətən onlara yol açacaq. Onlara böyük stimul olacaq. Güləşdə - bizim ənənəvi növümüzdə medalların sayı çoxdu. Güləşçilər bizi çox sevindiriblər. Təəssüf ki, qızıl medal olmadı. Amma biz bu Olimpiadada hər dəfə qızıl medalın bir addımlığında, yarım addımlığında hakimlərin səhvləri səbəbindən dayandıq, haqsızlıq edildi. Bəzi hallarda gözə görünməyən məqamlar rol oynadı. Götürək, Toğrulu. Toğrul - Olimpiya çempionumuz, qızıl medalçımız tam hazır idi. Final qarşılaşmasından sonra Toğrulla görüşdük: üzündə böyük bir şiş var idi. Sual verəndə ki, "Toğrul, bu necə əmələ gəlib", dedi ki, lap əvvəldə toqquşanda olub, rəqibi başı ilə qəsdən və ya təsadüfən onu zədələyib. Özü də çox möhkəm xəsarət yetirib. Toğrul deyirdi ki, demək olar ki, görmürdü, gözü qaralmışdı və nəticədə, belə bir məğlubiyyət - 0:11. Bu məğlubiyyətin səbəbi yarışdan sonra məlum oldu. Qeyri-idman hərəkətləri, davranışı, sözsüz ki, bizi sevindirmir. Və başa düşürük ki, bu idmandı, Olimpiya Oyunlarıdı. Burada stress də böyükdü. İdmançıların əsəb sistemi çox gərgin vəziyyətdə olur”.

 

Rəhimov boksçularımız barədə də xoş sözlər söyləyib: “Boks haqqında da çox şey demək olar. Amma göz qabağında olan final qələbəsi, təəssüf olsun ki, məğlubiyyət sayıldı. Bir daha qeyd edim ki, hər gün biz medal qazanırdıq, hər gün Rioda Azərbaycan bayrağı yüksəlirdi. Günlər var idi ki, iki-üç medal olurdu. Londondan fərqli olaraq, burada idmançılarımızla birlikdə daha çox qələbə sevinci yaşadıq. Burada ilk gündən medallar var idi. Medalları erkən görüb, dərhal qızılı gözləməyə başladıq. Yenə də mətbuat işçilərinə, idmanla məşğul olan jurnalistlərə müraciət edirəm ki, təhlillər çox vacibdi. Cəmiyyətə bu təhlilləri, fikirlərinizi siz verməlisiniz; cəmiyyət bu əsaslı məlumatları sizdən əldə edib, qənaətə gəlir, təhlil edir. Ona görə də məlumatlar neçə çatdırılırsa, cəmiyyət də eləcə - ya sevinir, ya da oturub nəticə gözləyir. Ümumiyyətlə, məlumatlandırma çox vacibdi. Ona görə də burada təşkil olunan mətbuat mərkəzimiz fəal olaraq bütün məlumatları Bakıya - həm mətbuata, həm ictimaiyyətə, həm də azarkeşlərə ötürürdü”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10