[b]Azərbaycanlı olimpiya çempionu Qazaxıstanda belə qarşılandı[/b]
23.08.2016 - 14:42
[b]Azərbaycanlı olimpiya çempionu Qazaxıstanda belə qarşılandı[/b]

“Çox şadam. Fəxr edirəm ki, oğlum Olimpiadanın qalibi oldu. Qələbəyə inanırdım. Bilirdim ki, çempion olacaq”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovun atası Əli Rəhimov deyib.

 

Yığmamızdan imtina edərək, Qazaxıstan vətəndaşlığını seçən idmançının atası bu ölkənin Olimpiyaçılarını qarşılayanlar arasında olub. Rəhimov aeroportda yerli KİV nümayəndələrinin suallarını da cavablandırıb.

 

O bildirib ki, oğlunun Rio Olimpiadasının qalibi olmasında Qazaxıstan yığmasında gözəl ab-havadan irəli gəlir: “Yarışlardan öncə ağırlıqqaldırma yığmasının məşqçisi Aleksey Ni məndən soruşmuşdu ki, Nicat çempion olsa, onu qarşılaya bilərsənmi? Mən də bildirmişdim ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxarsa, Azərbaycandan gəlib onu qarşılayacam. Mən onu özümlə birgə məşqlərə aparırdım. Sonra onu Qazaxıstana göndərdim. Bu ölkəyə inandım və səhv etmədim. Oğlum sakit, mehriban, bəzən də sadəlövhdü. Ona “afərin” deyirəm”.

 

Nicat da çempion olmasında Qazaxıstan yığmasının rolunu yüksək qiymətləndirib. Məşqçilərinə, valideynlərinə də təşəkkür edən idmançı növbəti Oyunlarda iştirakla bağlı suala cavab olaraq bildirib ki, bunu zamanın öhdəsinə buraxmaq lazımdı.  

 

0