[b]Fərqli məkan, fərqli saat[/b]
23.08.2016 - 21:45
[b]Fərqli məkan, fərqli saat[/b]

Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ" - "Höteborq" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Apasport.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, öncə Qurban Qurbanov media önünə çıxacaq.

 

“Köhlən atlar”ın çalışdırıcısı sabah saat 18:00-da "Azərsun Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Ölkə çempionunun son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən bazada reallaşacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Höteborq"un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. İsveç təmsilçisinin baş məşqçisi Yorgen Lennartsson məşqdən sonra saat 21:00-da Respublika stadionunun mətbuat zalında mətbuat konfransı keçirəcək.

 

Qeyd edək ki, avqustun 25-də keçiriləcək "Qarabağ" - "Höteborq" matçı saat 20:30-da start götürəcək.

0