[b]“Roma” və “Vilyarreal” Çempionlar Liqası ilə vidalaşdı[/b]
24.08.2016 - 09:39
[b]“Roma” və “Vilyarreal” Çempionlar Liqası ilə vidalaşdı[/b]

Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, qrupa vəsiqə qazanan daha 5 komandanın kimliyinə aydınlıq gəlib.

 

Ən böyük sensasiya “Roma” – “Porto” matçında qeydə alınıb. Səfərdə qollu bərabərə qalan italyanlar gözlənilmədən doğma azarkeşləri önündə darmadağın olublar. Görüşü 9 nəfərlə tamamlayan “canavarlar” çıxışlarını Avropa Liqasında davam etdirəcəklər.

 

“Hapoel”in “Seltik”i sıradan çıxarması üçün 1 qolu çatmayıb. İsraillilər səfərdəki 3 top fərqli məğlubiyyətə evdə 2 qolla cavab verincə, Çempionlar Liqası ilə vidalaşıblar. “Qarabağ”ı ÇL-dən kənarlaşdıran “Viktoriya” isə “Ludoqorets” səddinə “ilişib”.

 

“Monako” səfərdə olduğu kimi, evdə də “Vilyarreal”a qalib gələrək yoluna davam edib.

 

Qeydə alınan nəticələrdən sonra “Ludoqorets”, “Seltik”, “Legiya”, “Porto” və “Monako” Çempionlar Liqasının, “Viktoriya”, “Hapoel”, “Dandalk”, “Roma” və “Vilyarreal” isə Avropa Liqasının qrupunda mübarizəni davam etdirmək hüququ qazanıblar.

 

 

Çempionlar Liqası

Pley-off mərhələsi. Cavab oyunları

23 avqust

 

“Viktoriya” (Çexiya) - “Ludoqorets” (Bolqarıstan) – 2:2

Qollar: Duris, 7; Mateyu, 64 – Vura, 17; Keseru, 90+5

İlk oyun – 0:2

 

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Seltik” (Şotlandiya) – 2:0

Qollar: Ben Sahar, 21; Hoban, 48

İlk oyun – 2:5

 

“Legiya” (Polşa) - “Dandalk” (İrlandiya) – 1:1

Qollar: Kuçarzik, 90+2 – Benson, 19

İlk oyun – 2:0

 

“Roma” (İtaliya) - “Porto” (Portuqaliya) – 0:3

Qollar: Monteyro, 8; Layun, 73; Korona, 75

İlk oyun – 1:1

 

“Monako” (Fransa) - “Vilyarreal” (İspaniya) – 1:0

Qol: Fabinyo, 90+1 (pen.)

İlk oyun – 2:1

0