[b]Azərbaycan klublarının 26 potensial rəqibi[/b]
25.08.2016 - 11:18
[b]Azərbaycan klublarının 26 potensial rəqibi[/b]

Avropa Liqasında qrup mərhələsinin 26 iştirakçısı bəllidi. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin 10 uğursuzu yarışa qrupdan başlayacaq 16 komandaya qoşulub.

 

Bu gün baş tutacaq Avropa Liqasının pley-off mərhələsinin 22 cavab oyununda isə qrup mərhələsinin son iştirakçıları bilinəcək. Azərbaycanın iki klubu – “Qəbələ” və “Qarabağ” da iddiaçılar sırasında yer alır. Sonuncular İsveçdə 0:1 hesabı ilə uduzduğu “Höteborq”u keçməyə çalışacaq. “Qəbələ” isə evdə 3:1 hesabı ilə yendiyi “Maribor”la Sloveniyadakı qarşılaşmada üstünlüyünü qorumağa çalışacaq.

 

Hər iki komandamız qrupda oynamağa real şanslara malik olduğundan artıq bu mərhələdə çıxışı dəqiqləşən 26 klub təmsilçilərimiz üçün potensial rəqiblər sayılır. Bunlardan ikisi “Dandalk” və “Hapoel” tarixində ilk dəfə qrupda oynamaq hüququ qazanıbsa, “Vilyarreal” 4 dəfə Avropa Liqasının qrupunda oynamaqla rekordun şəriklərindəndi.

 

Çempionlar Liqasından gələnlər

 

“Ayaks” (Hollandiya), APOEL (Kipr), “Dandalk” (İrlandiya), “Hapoel” (Beyer-Şeva, İsrail), “Roma” (İtaliya), “Zalsburq” (Avstriya), “Styaua” (Rumıniya), “Viktoriya” (Çexiya), “Vilyaarreal” (İspaniya), “Yanq Boyz” (İsveçrə)

 

Birbaşa qrup mərhələsinə qatılanlar

 

“Şalke” (Almaniya), “Zenit” (Rusiya), “Mançester Yunayted” (İngiltərə), “Atletik” (İspaniya), “İnter” (İtaliya), “Fiorentina” (İtaliya), “Braqa” (Portuqaliya), “Standard” (Belçika), “Selta” (İspaniya), “Feyenoord” (Hollandiya), “Mayns” (Almaniya), “Sürix” (İsveçrə), “Sauthempton” (İngiltərə), “Nitsa” (Fransa), “Zarya” (Ukrayna), “Konyaspor” (Türkiyə).

0