[b]Sloveniyaya yubiley ardınca yollananlar[/b]
25.08.2016 - 14:30
[b]Sloveniyaya yubiley ardınca yollananlar[/b]

Avropa Liqasının pley-off mərhələsinin bu gün “Maribor”la keçiriləcək səfər oyunu “Qəbələ”nin iki futbolçusu üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Vitali Vernidubla Ürfan Abbasov avrokuboklarda yubiley matçının astanasındadı.

 

“Lyudski vrt” stadionunda meydana çıxsa, Vernidub qitə miqyaslı turnirlərdə 20-ci matçını keçirəcək. Əvvəlki 19 qarşılaşmada 1 qol vuran ukraynalı müdafiəçi bütün oyunlarını Avropa Liqasında keçirib. 4 görüşü “Zarya”nın heyətində baş tutan futbolçu digər qarşılaşmalara “Qəbələ” formasında çıxıb.

 

Yalnız “Qəbələ” ilə avrokubok həyəcanı yaşayan Ürfan Abbasov da bir turnirdə - Avropa Liqasında çıxış edib. Onun hesabında 9 matç var.

0