[b]Yığmamızın seçmə mərhələni başa vuracağı stadion - FOTO[/b]
25.08.2016 - 16:21
[b]Yığmamızın seçmə mərhələni başa vuracağı stadion - FOTO[/b]

Azərbaycan millisinin 21 yaşadək futbolçular arasında AÇ-2017-nin seçmə mərhələsindəki son oyununun məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın Finlandiya ilə görüşü Helsinkidəki “Töölön Jalkapallo” stadionunda baş tutacaq.

 

Oktyabrın 7-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Bu, millimizin VII seçmə qrupunda son qarşılaşması olacaq.

 

2000-ci ildə açılışı olan bu stadion 10 min 770 tamaşaçı tutumuna malikdi. HİK klubunun da ev oyunlarını keçirdiyi arenaya “Sonera” stadionu da deyilir.

 

Qeyd edək ki, 8 matçdan sonra 7 xalla 4-cü pillədə qərarlaşan Yaşar Vahabzadənin son ev matçını sentyabrın 6-da keçirəcək. Millimiz Farer adalarını qəbul edəcək.

0