[b]AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı bəlli oldu[/b]
26.08.2016 - 11:33
[b]AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı bəlli oldu[/b]

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığıncaq avqustun 29-da baş tutacaq.

 

Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçiriləcək tədbir saat 18:00-da başlayacaq.

 

İclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşəcək, ardınca millinin məşqini izləyəcəklər.

0