[b]2247 gündən sonrakı sevinc[/b]
26.08.2016 - 12:17
[b]2247 gündən sonrakı sevinc[/b]

Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, buna Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov səbəb olub.

 

34 yaşlı müdafiəçi İsveçin “Höteborq” klubu ilə Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (3:0) hesabı açmaqla 6-cı qolunu vurub. Bununla, Sadıqov 4-cü pilləyə şərik olub.

 

O, komanda yoldaşı Əfran İsmayılov və Baçana Sxadadzeyə çatıb. 6 qol vuran futbolçu 4 dəfə “Qarabağ”, 2 dəfə “Neftçi” azarkeşlərini sevindirib.

 

Sadıqovun son qolu 2010-cu il iyulun 1-də qeydə alınmışdı. Həmin vaxt müdafiəçi Makedoniya “Metalurq”u ilə Bakıdakı görüşdə (4:1) penaltidən hesabı açmışdı. 2247 gündən sonra qol vuran

 

Avrokuboklardakı bombardirlərimiz

1. Reynaldo Silva - 10

2-3. Rəşad Sadiqov, Riçard Ameyda - 7

4-6. Baçana Sxadadze, Əfran İsmayılov, Rəşad Sadıqov - 6

7-9. Julus Vobay, Vüqar Nadirov, Teo Uiks – 5.

 

 

0