[b]“Azərbaycan komandası ilə tanış olmaq çox maraqlı olacaq” – “Fiorentina” rəsmisi[/b]
26.08.2016 - 19:26
[b]“Azərbaycan komandası ilə tanış olmaq çox maraqlı olacaq” – “Fiorentina” rəsmisi[/b]

“Bu il Avroliqanın çox maraqlı olacağını düşünürük. Mükafat uğrunda bir çox güclü komandalar mübarizə aparacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fiorentina”nın direktoru Pantaleo Korvino deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsində PAOK, "Slovan" və “Qarabağ”la birlikdə mübarizə aparacaq “bənövşəyilər”in rəsmisi püşkün nəticəsini dəyərləndirib: “Biz qarşıdakı 3 oyunu çox böyük həvəslə gözləyirik. Salonikidə oynamaq həmişə təhlükəlidir. Eyni zamanda “Slovan” da Avropa səviyyəsində təcrübəsi olan və yaxşı təşkilatlanmış komandadır. Nəhayət çox uzaq məsafədə yerləşən Azərbaycan komandası ilə tanış olmaq çox maraqlı olacaq. Bunu səbirsizliklə gözləyirik”.

 

Qeyd edək ki, “Qarabağ” və “Fiorentina” 29 sentyabrda İtaliyada, 8 dekabrda isə Bakıda üz-üzə gələcəklər.

0