[b]Argentina millisinin üzvü La Liqa klubunda[/b]
27.08.2016 - 14:15
[b]Argentina millisinin üzvü La Liqa klubunda[/b]

Şkodran Mustafini “Arsenal”a satan “Valensiya” onun boşluğunu dərhal doldurub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “yarasalar” Ezekyel Qarayla anlaşıb.

 

İspanlar Argentina millisinin müdafiəçisi üçün “Zenit”ə 20 milyon avro təklif edib və tərəflər bu rəqəmdə anlaşıblar. Yaxın günlərdə bu transfer rəsmən açıqlanacaq.

 

Qeyd edək ki, 2014-cü ildən “Zenit”in formasını geyinən Ezekyel Qaray ötən mövsüm Rusiya Premyer Liqasında 29 oyunda iştirak edib, 2 qola imza atıb. 

0