[b]La Liqada yeni rekord[/b]
29.08.2016 - 09:51
[b]La Liqada yeni rekord[/b]

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, almaniyalı qolkiper ötürmə sayına görə, La Liqanın tarixinə düşüb.

 

Klaudio Bravonun “Mançester Siti”yə transferindən sonra əsas qapıçıya çevrilən ter Ştegen II turda “Atletik”lə səfər qarşılaşmasında 54 ötürmə ilə yadda qalıb. Bunlardan 46-sı ünvana dəqiq çatıb ki, bu da 85% deməkdi. 24 yaşlı futbolçu məhz dəqiq ötürmə sayına görə, La Liqanın 2005-06 mövsümündəki rekordu yeniləyib.

 

Qeyd edək ki, “Atletik”i 1:0 hesabı ilə məğlub edən “Barselona” itkisiz irəliləyir.

 

0