[b]“Sevinirəm ki, Azərbaycan komandasına rəqib olmamışıq”[/b] - "Ayaks"ın kapitanı
29.08.2016 - 17:27
[b]“Sevinirəm ki, Azərbaycan komandasına rəqib olmamışıq”[/b] - "Ayaks"ın kapitanı

“Qrup mərhələsinin püşkatmasından razıyam. Sevinirəm ki, Azərbaycan və ya Qazaxıstan komandasına rəqib olmamışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Ayaks” klubunun kapitanı Devi Klassen deyib.

 

Klubun rəsmi saytına müsahibə verən futbolçu Avropa Liqasının qrup mərhələsi haqda fikirlərini açıqlayıb. O, G qrupunda “Selta” (İspaniya), “Standard” (Belçika) və “Panatinaikos”la (Yunanıstan) düşməklərinin müsbət tərəfləri haqda danışıb: “Çünki bizə bu ölkələrə getmək lazım olmayacaq. Bu amil təkcə biz futbolçular deyil, həm də azarkeşlər üçün müsbət məqamdı. Səfər matçlarına çox vaxt sərf olunmayacaq. Bu da ki yaxşı haldı”.

 

Qeyd edək ki, qrup mərhələsində iki Azərbaycan klubu – “Qarabağ” və “Qəbələ” mübarizə aparacaq.

0