Kişi yığmalarımızdan qələbə, qadınlar Çinə uduzdu - YENİLƏNİB
10.09.2016 - 21:25
Kişi yığmalarımızdan qələbə, qadınlar Çinə uduzdu - YENİLƏNİB

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-da kişilərdən ibarət əsas milli komandamız Latviyaya qalib gəlib.

 

İkinci yığmamız Finlandiyanı, üçüncü millimiz isə Dominikan Respublikasını xalsız qoyub.

 

Turun ən çox maraq doğuran görüşündə Rusiya ABŞ-la heç-heçə oynayıb.

  

Qadınlardan ibarət əsas millimiz Çinə uduzub. İkinci komandamız Sinqapura qalib gələrkən, üçüncü yığmamız Peru ilə xalları yarı bölüb.

 

Olimpiada-2016

VIII tur

Kişilər

 

Azərbaycan-1 (2705) – Latviya (2568) - 2.5:1.5

Şəhriyar Məmmədyarov (2761) – Aleksey Şirov (2673) - 0.5:0.5

Teymur Rəcəbov (2722) – İqor Kovalenko (2651) - 0.5:0.5

Rauf Məmmədov (2666) - Arturs Neiksans (2628) - 0.5:0.5

Eltac Səfərli (2688) – Nikita Meskovs (2476) - 1:0

 

Finlandiya (2461) - Azərbaycan-2 (2576) - 1:3

Tomi Nibak (2580) - Vasif Durarbəyli (2612) - 0,5:0,5

Daniel Ebelinq (2468) – Nicat Abasov (2552) - 0.5:0.5

Vilka Sipila (2447) - Qədir Hüseynov (2625) - 0:1

Tommi Luukkonen (2354) - Namiq Quliyev (2577) - 0:1

 

Azərbaycan-3 (2350) – Dominikan Respublikası (2323) - 2,5:1,5

Vüqar Əsədli (2406) – Nelson Borqes (2320) - 0,5:0,5

Abdulla Qədimbəyli (2294) – Xose Manuel Dominques (2273) - 1:0

Məhəmməd Muradlı (2331) – Karlos Jean (2326) - 0:1

Pərviz Qasımov (2323) – Kristofer Quzman (2259) - 1:0

 

VII turdan sonra turnir cədvəli: 1. ABŞ – 13 xal; 2. Rusiya, 3. Gürcüstan - 12; …7. Latviya, 8. Azərbaycan-1 – hər ikisi 11, …27. Azərbaycan-2, …47. Finlandiya – hər ikisi 9; ...98. Azərbaycan-3, ...103. Dominikan Respublikası – hər ikisi 6.

 

Qadınlar

Çin (2531) - Azərbaycan-1 (2320) - 3.5:0.5

Yifan Hou (2658) - Zeynəb Məmmədyarova (2295) - 1:0

Venyun Yu (2583) - Günay Məmmədzadə (2361) - 1:0

Xue Jao (2522) - Gülnar Məmmədova (2304) - 0.5:0.5

Zonqyu Tan (2475) – Nərmin Kazımova (2302) - 1:0

 

Sinqapur (1999) - Azərbaycan-2 (2248) - 1:3

Ruofan Li (2353) – Xəyalə Abdulla (2214) - 1:0

Qianyun Qonq (2262) - Nərmin Xələfova (2219) - 0:1

Mey-En Emmanuelle (1883) - Ülviyyə Fətəliyeva (2234) - 0:1

Kay Xin Siev (1607) - Nərgiz Umudova (2247) - 0:1

 

Peru (2118) - Azərbaycan-3 (2016) - 2:2

Deysi Kori (2402) - Nərmin Məmmədova (2230) - 1:0

Vanessa Zambrano (1892) - Xanım Balacayeva (2147) - 0.5:0.5

İnqrid Fernandes (2096) - Gövhər Beydullayeva (1994) - 0.5:0.5

Aurora Veqa (2053) - Ayan Allahverdiyeva (1780) - 0:1

 

VII turdan sonra turnir cədvəli: 1. Rusiya, 2. Çin, 3. Azərbaycan-1 – hamısı 12 xal, ...24. Azərbaycan-2, …32. Azərbaycan-3, …34. Sinqapur, …37. Peru – hamıs 9.

0