[b]Kirsan İlyumjinovdan Mahir Məmmədova xüsusi mükafat[/b]
14.09.2016 - 09:07
[b]Kirsan İlyumjinovdan Mahir Məmmədova xüsusi mükafat[/b]

Bakıda keçirilən FİDE-nin 87-ni Konqresinin iştirakçıları üçün ziyafət təşkil edilib. Apasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən FİDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının özəllikləri barədə danışıb.

 

O yarışın uzun müddət yaddaşlarda qalacağını əminliklə deyib: “Olimpiadanın təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Azərbaycan hökumətinə, gənclər və idman naziri Azad Rəhimova, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmova “çox sağ ol” deyirəm. Eyni zamanda, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini qeyd etməyə bilmərəm. 2016-cı ildə mütəmadi olaraq nümayəndələrimiz hazırlıqla tanış olmaq üçün Azərbaycana səfər ediblər. Hər zaman Əməliyyat Komitəsində gərgin iş olduğu barədə məlumat verirdilər. Bu gün həmin işin nəticəsini bütün dünya görür. FİDE adından Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin üzvlərinə, komitənin direktoru Mahir Məmmədova minnətdarlığımı bildiririk".

Çıxışının sonunda FİDE prezidenti Bakı Şahmat Olimpiadasının yüksək təşkilatçılığı və şahmatın inkişafındakı xidmətlərinə görə Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədova xüsusi mükafat təqdim edib. 

0