[b]Rio-2016: Millimizdən növbəti “gümüş”[/b]
18.09.2016 - 01:34
[b]Rio-2016: Millimizdən növbəti “gümüş”[/b]

Rio-2016 Yay Paralimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, turnirin sondan bir əvvəlki günündə Azərbaycan millisi daha bir medal qazanıb.

 

Üzgüçülük yarışlarında mübarizə aparan Dmitri və Roman Saley qardaşları sərbəst stildə 50 metr məsafədə qüvvələrini sınayıblar.

 

19 üzgüçünün çıxış etdiyi təsnifat mərhələsini uğurla keçən hər iki atletimiz finalda müabrizə aparmağa haqq qazanıblar.

 

Həlledici mərhələdə isə Dmitri 24.29 saniyə nəticə ilə ikinci olub və gümüş medal qazanıb. Roman isə 24,45 saniyəlik nəticə ilə 4-cü olub.

 

Daha əvvəl Dmitri brass növündə 100 metrə, Roman isə arxasıüstə 100 metrədə gümüş qazanıblar.

 

Qeyd edək ki, bu medal millimiz üçün Rio Paralimpiadasında 10-cu mükafat olub.

0