Yığmamızdan ikinci heç-heçə
23.09.2016 - 13:51
Yığmamızdan ikinci heç-heçə

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Xorvatiyanın U-19 yığması ilə qarşılaşıb.

 

Bu matçda heç-heçə qeydə alınıb – 1:1. Yığmamızın yeganə qolunu Camal Camalov vurub.

 

Qeyd edək ki, komandalar arasında sentyabrın 20-də keçirilmiş ilk yoldaşlıq oyunu 2:2 hesabı ilə nəticələnib.

 

0