[b]Ruud Qullit Bakıya gəlir[/b]
23.09.2016 - 15:35
[b]Ruud Qullit Bakıya gəlir[/b]

AVRO-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək daha bir məşhur qonağın adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit paytaxtımıza gələcək.

 

Dünya futbolunun tanınmış simalarından biri olan veteran xüsusi qonaq qismində tədbirə qatılacaq. O, AFFA-nın dəvətini müsbət dəyərləndirib.

 

Qeyd edək ki, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək

0