[b]“Məqsədimiz ilk 2 yerdən birini tutmaqdı” – “Maynts”ın futbolçusu[/b]
23.09.2016 - 17:32
[b]“Məqsədimiz ilk 2 yerdən birini tutmaqdı” – “Maynts”ın futbolçusu[/b]

“Avroliqada iştirak bizim üçün çox faydalıdı. Beynəlxalq təcrübədən yararlanmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Maynts”ın futbolçusu Yoşinori Muto deyib.

 

Bundesliqa təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 29-da “Qəbələ”nin qonağı olacaq.

 

Almaniya mətbuatına açıqlama verən Muto komandasının Avroliqadakı çıxışı haqda danışıb. Yaponiya yığmasının da formasını geyinən 24 yaşlı hücumçu qarşılarına növbəti mərhələyə yüksəlmək hədəfini qoyduqlarını bildirib: “Klubun hədəfi nə qədər güclü olsa, bir o qədər yaxşıdı. “Maynts” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək. Bu şansı qiymətləndirmək lazımdı. Bizim məqsədimiz təkcə təcrübə toplamaq yox, ilk 2 yerdən birini tutmaqdı. Növbəti mərhələyə çıxmaq istəyirik. Bunun üçün potensialımız var”.

 

Muto həm Bundesliqa, həm də Avroliqada məhsuldar çıxışı ilə yadda qalmaq istəyir: “Məqsədim mövsümdə minimum 15 qol vurmaqdı. “Maynts”la uğur qazanmaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm”.

0