Dörd il əvvəl yazdığı başına bəla oldu - 4 oyun cəza
23.09.2016 - 21:27
Dörd il əvvəl yazdığı başına bəla oldu - 4 oyun cəza

Premyer Liqa klublarından “Bernli”nin hücumçusu Andre Qrey 4 illik cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun sosial şəbəkələrdə yazdıqlarıdır.

 

2012-ci ildə tviterdə kəskin mesajlar yazan oyunçu cəzalanma ehtimalını gözardı etmişdi. Yalnız 4 il sonra İngiltərə Futbol Federasiyası onun haqqında araşdırmalara başlayıb.

 

Federasiya belə qərar gəlib ki, oyunçunun yazdıqları şəxsiyyətə alçaltmağa yönəlik cinsi ayrı-seçkilik və irqçilikdir. Bu səbəbdən də ona 4 oyunluq cəza, 25 min funt cərimə və xəbərdarlıq edilib.

0