[b]Millimiz üçün kubalı, anqolalı və mərakeşli[/b]
24.09.2016 - 11:43
[b]Millimiz üçün kubalı, anqolalı və mərakeşli[/b]

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının 1/4 final mərhələsində çıxış edəcək Azərbaycan yığmasının tarixi oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Portuqaliya ilə qarşılaşacaq millimizin matçında ədaləti 3 ölkənin təmsilçilləri qoruyacaqlar.

 

FİFA-nın saytında yer alan məlumatda bildirilib ki, görüşün əsas hakimi Serxio Kabrera (Kuba) olacaq. Ona ikinci hakimi kimi Joze Katemo (Anqola), üçüncü referi kimi isə Xalid Hniç (Mərakeş) kömək edəcəklər.
 
Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu sentyabrın 26-ı Bakı vaxtı ilə gecə 03:00-da başlayacaq.

0