[b]“Qəbələ”dən 5-ci qələbə, “Qarabağ” xal itirdi - YENİLƏNİB[/b]
25.09.2016 - 19:51
[b]“Qəbələ”dən 5-ci qələbə, “Qarabağ” xal itirdi - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında VI turunun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk oyunu Gəncədə baş tutub.

 

“Kəpəz” son 3 mövsümün çempionu “Qarabağ”ı qəbul edib. Son 5 oyunda rəqibinə məğlub olan meydan sahibləri hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Matçın 75-ci dəqiqəsində oyunu xilas edən ağdamlılar mövsümdə ilk heç-heçəsini rəsmiləşdirib – 1:1.

 

“Kəpəz” isə 4-cü bərabərliklə mövsümün ən “sülhsevər” komandasıdı. Qərblilər bu 1 xalla 4-cü pillədəki mövqeyini qoruyub.

 

Günün ikinci oyunu Zirədə keçirilib. Ötən mövsümün mükafatçıları qarşılaşmaya fərqli durumda çıxıb. Bir gün əvvəl liderliyini əldən verən “Qəbələ” zirvəni qaytarmaq, “Zirə” uğursuz başladığı mövsümdə durumunu yaxşılaşdırmaq iddiasında olub.

 

Cari mövsümdə qapısında qol görməyən “qırmızı-qaralar” uğurlu seriyasını bu dəfə də davam etdirib. Qonaqlar Teo Uiksin 2 qolu ilə qələbə qazanıb – 2:0. Bu, “Qəbələ”nin turu zirvədə başa vurması üçün kifayət edib.

 

Qeyd edək ki, tura sentyabrın 27-də keçiriləcək “Neftçi” - “Sumqayıt” matçı ilə yekun vurulacaq.

 

Topaz Premyer Liqası

VI tur

25 sentyabr (bazar)

 

“Zirə”  – “Qəbələ” - 0:2

Qollar: Teo Uiks, 19, 75

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

Zirə İdman Kompleksinin stadionu

 

“Zirə”: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 10. Elvin Məmmədov (k), 7. Gerhard Proqni, 19. Nurlan Novruzov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev,

96. Elgün Nəbiyev, 20. Sezar Meza Kolli, 21. Murad Səttarlı, 18. Tural Cəlilov,  17. Vüsal İsgəndərli

Baş məşqçi: Adil Şükürov

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 11. Asif Məmmədov (k), 13. Murad Musayev, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 30. Petar Franyiç, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 6. Rəşad Sadiqov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

 

“Kəpəz” – “Qarabağ” - 1:1

Qollar: Dario Federiko,54 - Reynaldo, 75

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

Gəncə şəhər stadionu

 

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 90. Julien Ebah

Ehtiyat oyunçular:30. Davud Kərimi, 15. Azad Kərimov, 21. Novruz Məmmədov, 17. Nicat Qurbanov, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 14. Fərid Məmmədov

Baş məşqçi: Şahin Diniyev

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

 

 

1.

Qəbələ

6

5

1

0

17-0

16

2.

İnter

6

4

2

0

11-6

14

3.

Qarabağ

6

4

1

1

15-3

13

4.

Kəpəz

6

1

4

1

6-6

7

5.

Zirə

6

2

0

4

4-8

6

6.

Sumqayıt

5

1

1

3

3-7

4

7.

Neftçi

5

1

0

4

3-14

3

8.

AZAL

6

0

1

5

2-17

1

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 6

 
 
0