[b]Azərbaycan klubu yeni formalarını təqdim etdi - FOTO[/b]
27.09.2016 - 09:53
[b]Azərbaycan klubu yeni formalarını təqdim etdi - FOTO[/b]

Birinci divizionda mübarizə aparan “Şəmkir” klubu yeni formalarını təqdim edib. Apasport.az saytının məlumatına görə, komanda cari mövsümdə iki formadan istifadə edəcək.

 

Bunlar “ağ-mavi” və “ağ-qırmızı” formalardı. Futbolçularla yanaşı, məşqçilər korpusunun və texniki heyətin də formaları təqdim olunub.

 

Qeyd edək ki, “Şəmkir” 3 turdan sonra aktivindəki 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

0